DÜNYA


Tartuda Müqəddəs Məryəm Kilsəsinin qülləsinin divarlarının inşası başa çatıb

Tallin, 10 yanvar, AZƏRTAC

Tartuda ötən il ianələr hesabına tikintisi üçün pul yığılan Müqəddəs Məryəm Kilsəsinin qülləsinin divarlarının inşası başa çatıb.

AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, Müqəddəs Məryəm Kilsəsində 55 metr uzunluğunda tarixi qüllə bütün dünyadan toplanılan vəsaitlər hesabına bərpa ediləcək.

“Bizim müxtəlif kampaniyalarımız olub. Bu kampaniyalarda insanları kilsənin inşasına dəstək olmağa çağırır, onlara bu imkanı yaradırdıq. Ötən il bütün yay boyunca kərpic satmışıq və yeni qüllə də elə bu kərpiclərdən tikilib. Hər bir ianə vermiş şəxs öz adını kərpicin üzərinə yazıb və həmin kərpiclər buradadır”, − Müqəddəs Məryəm Kilsəsinin İdarə Heyətinin üzvü Lea Saar tikinti haqqında belə deyib.

Kilsə rəsmisi Lea Saar bildirib ki, ölkə tarixi üçün mühüm əhəmiyyət kəsb edən Müqəddəs Məryəm kilsəsi 1941-ci il iyulun 12-də dağıdılıb.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.