İDMAN


“Tata Steel Masters-2019”: Onuncu turun oyunlarına start verilib

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri “Tata Steel Masters-2019” turnirində bu gün onuncu turun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, Şəhriyar Məmmədyarov çinli Dinq Liren, Teymur Rəcəbov isə ABŞ təmsilçisi Samuel Sanklandla mübarizə aparır.

Qeyd edək ki, növbəti tur Hollandiyanın Leyden şəhərində keçiriləcək.

Xatırladaq ki, Ş.Məmmədyarovun doqquzuncu turda polşalı Yan Kşiştov Duda ilə oyunu heç-heçə başa çatıb. T.Rəcəbov isə Vladimir Fedoseev ilə qarşılaşmada məğlub olub. Doqquz turun nəticəsinə görə Teymurun 4,5, Şəhriyarın isə 3,5 xalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.