İDMAN


“Tata Steel Masters-2019”: Şəhriyar Məmmədyarov altıncı turda Maqnus Karlsen ilə qarşılaşacaq

Bakı, 17 yanvar, AZƏRTAC 

Yanvarın 18-də ənənəvi “Tata Steel Masters-2019” şahmat turnirinin altıncı turunun partiyaları oynanılacaq.

AZƏRTAC xəbər verir ki, Veyk-an-Zee şəhərində keçirilən turnirin bu turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya şahmat tacının sahibi, norveçli Maqnus Karlsen ilə qarşılaşacaq. Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbov isə Çin şahmatçısı Dinq Liren ilə mübarizə aparacaq.

Beş turdan sonra şahmatçılarımız 2,5 xalla 7-9-cu yerləri bölüşürlər.

Hazırda turnir cədvəlinə 3,5 xalla rusiyalı Yan Nepomnyaşi liderlik edir. Dinq Liren 3,5 xalla ikinci, Maqnus Karlsen isə 3 xalla üçüncüdür.

Xatırladaq ki, ötən gün keçirilən beşinci turda Şəhriyar Məmmədyarov keçmiş dünya çempionu Vladimir Kramnik, Teymur Rəcəbov isə Polşa təmsilçisi Yan Kşiştov Duda ilə heç-heçə ediblər.

Qeyd edək ki, yanvarın 17-si turnirin iştirakçıları üçün istirahət günüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.