İDMAN


“Tata Steel Masters-2019”: Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə oynayıb

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turnirinin dördüncü turunun oyunlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, şahmatçımız Teymur Rəcəbovdan sonra Şəhriyar Məmmədyarov da növbəti turu heç-heçə başa vurub. Qrossmeysterimizin budəfəki rəqibi yarışın lideri rusiyalı Yan Nepomnyaşi olub.

Qeyd edək ki, Y.Nepomnyaşi 3 xalla turnir cədvəlinə başçılıq edir. Şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov isə 2 xalla 6-9-cu yerləri bölüşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.