İDMAN


“Tata Steel Masters-2019”: bu gün beşinci turun oyunları keçiriləcək

Bakı, 16 yanvar, AZƏRTAC 

Yanvarın 16-da şahmatçılarımız Şəhriyar Məmmədyarovun və Teymur Rəcəbovun da iştirak etdikləri ənənəvi “Tata Steel Masters-2019” turnirində beşinci turun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu turun partiyaları Veyk-an-Zeedə deyil, Alkmar şəhərində oynanılacaq.

Beşinci turda Şəhriyar Məmmədyarov keçmiş dünya çempionu Vladimir Kramnik ilə qarşılaşacaq. Teymur Rəcəbovun rəqibi Polşa təmsilçisi Yan Kşiştov Duda olacaq.

Dörd turdan sonra Y.Nepomnyaşi 3 xalla turnir cədvəlinə başçılıq edir. Şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov 2 xalla 6-9-cu yerləri bölüşürlər.

Beşinci turda Maqnus Karlsen (Norveç) Yorden Van Forest (Hollandiya), Vladimir Fedoseyev (Rusiya) Santoş Vidit (Hindistan), Samuel Şankland (ABŞ) Dinq Liren (Çin), Aniş Giri (Hollandiya) Vişvanatan Anand (Hindistan), Yan Nepomnyaşi (Rusiya) Rixard Rapport (Macarıstan) ilə qarşılaşacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.