İDMAN


“Tata Steel Masters-2019”un ikinci turunda şahmatçılarımız üz-üzə gələcək

Bakı, 13 yanvar, AZƏRTAC 

Yanvarın 12-də Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, bu nüfuzlu yarışın ilk turunu Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov heç-heçə ilə başa vurublar. Qeyd edək ki, Şəhriyar Məmmədyarov amerikalı şahmatçı Samuel Şankland, Teymur Rəcəbov isə rusiyalı Vladimir Kramniklə mübarizə aparıb.

Bu gün növbəti turun oyunlarında şahmatçılarımız Şəhriyar Məmmədyarov Teymur Rəcəbovla üz-üzə gələcək.

Birinci turda Y. Nepomnyaşi və A. Vişvanatan 1 xal, M. Karlsen, L. Dinq, Y. K. Duda, V. Fedoseev, V. Kramnik, R. Rapport, S. Şanklanq, S. Vidit hərəyə yarım xal qazanıblar. A.Giri və V.Forest birinci turu məğlub tərk ediblər.

İkinci turda Maqnus Karlsen (Norveç), Yan Nepomnyaşi (Rusiya), Vladimir Kramnik (Rusiya) Aniş Giri (Hollandiya), Riçard Rapport (Macarıstan) Samuel Şankland (ABŞ), Anand Vişvanatan (Hindistan) Vladimir Fedoseyev (Rusiya), Yan Kşiştof Duda (Polşa) Yorden Van Forest (Hollandiya), Liren Dinq (Çin) Santoş Viditlə (Hindistan) mübarizə aparacaq.

Dairəvi sistemlə keçirilən turnir 13 turdan ibarətdir. Turnir yanvarın 27-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.