İDMAN


“Tata Steel Masters”: Bu gün şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsen ilə qarşılaşacaq

Bakı, 25 yanvar, AZƏRTAC

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin doqquzuncu turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda hazırkı dünya çempionu Maqnus Karlsen ilə mübarizə aparacaq.

Qeyd edək ki, səkkiz turdan sonra Ş.Məmmədyarov 5,5 xalla Maqnus Karlsenlə ilk iki pilləni bölüşürlər.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.