İDMAN


“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov Sergey Karyakin ilə heç-heçə edib

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 28-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 11-ci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda rusiyalı şahmatçı Sergey Karyakin ilə mübarizə aparıb. Ağ fiqurlarla rəqibinə qarşı mübarizə aparan şahmatçımız 23-cü gedişdə heç-heçəyə razılaşıb.

Qeyd edək ki, 10 turdan sonra Ş.Məmmədyarovun aktivində 6,5 xal var. Turnir cədvəlinə 7 xalla hazırki dünya çempionu, norveçli Maqnus Karlsen başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.