İDMAN


“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov növbəti turda Hindistan təmsilçisi ilə mübarizə aparacaq

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 29-da Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin 12-ci turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda hindistanlı Vidit Santoş ilə mübarizə aparacaq.

Qeyd edək ki, 11 turdan sonra Ş.Məmmədyarov 6,5 xalla üçüncü-dördüncü yerləri bölüşür. Turnir cədvəlinə 7,5 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir.

Turnirdə 14 şahmatçı iştirak edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.