İQTİSADİYYAT


Tatarıstan Prezidenti “Star” neft emalı zavodu layihəsi ilə maraqlanıb

Bakı, 21 avqust, AZƏRTAC 

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyədə tikintisini həyata keçirdiyi “Star” neft emalı zavoduna baş çəkib.

AZƏRTAC “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ) istinadla xəbər verir ki, görüşdə STEAŞ-ın baş direktoru Zaur Qəhrəmanov, “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter və “Petkim” neft-kimya holdinqinin icraçı direktoru Anar Məmmədov zavodun inşasının gedişi barədə Tatarıstan Prezidentinə məlumat veriblər.

Rüstəm Minnixanovun “Star” zavoduna səfərinin məqsədi Tatarıstanda da oxşar bir layihənin həyata keçirilməsinin nəzərdə tutulmasıdır.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Tikintisi “Petkim” neft-kimya holdinqinin ərazisində həyata keçirilən “Star” neft emalı zavodunda işlərin indiyədək 93 faizi tamamlanıb.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.