MƏDƏNİYYƏT


Tatarıstanda Müslüm Maqomayevin xatirəsinə konsert təşkil olunacaq

Bakı, 18 avqust, AZƏRTAC

Abdulla Tukay adına Tatarıstan Dövlət Filarmoniyası Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert proqramı təşkil edəcək.

AZƏRTAC “Tatar-inform” saytına istinadla xəbər verir ki, oktyabrın 1-nə nəzərdə tutulan konsert proqramında Azərbaycan, Rusiya və Tatarıstanın vokal ifaçılarından olan Cavid Səmədova, Yevgeni Kunqurov, Boris Dyakov, İrina Kostina, İqnat İzotov və Rezeda Qalimovanın ifasında görkəmli sənətkarın repertuarından olan ən məşhur mahnılar səslənəcək.

Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq Artisti Tamara Sinyavskaya proqramın fəxri qonağı kimi konsertdə iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.