CƏMİYYƏT


Tatarıstanda “Rusiya-İslam dünyası: KazanSammit 2022” forumu açılıb

Moskva, 19 may, AZƏRTAC

Rusiyanın Tatarıstan Respublikasında “Rusiya-İslam dünyası: KazanSammit 2022” XIII Beynəlxalq İqtisadi Sammiti açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə dünyanın 63 ölkəsinin, Rusiyanın 52 regionunun nümayəndələri iştirak edirlər. Sammitdə birgə istehlak və halal sənayesi, islam maliyyəsi, tərəfdaşlıq bankçılığı, gənclər siyasəti və digər məsələlər müzakirə olunacaq.

Sammit çərçivəsində “Russia Halal Expo” sərgisi, eləcə də Bulqar dövlətində islamın qəbul edilməsinin 1100 illiyinə həsr olunmuş tədbirlər nəzərdə tutulub.

“Kazan Expo” sərgisində halal məhsullar, o cümlədən qədim Quran nümunələri, bulqarların həyat tərzini əks etdirən eksponatlar nümayiş etdirilir.

“Rusiya-İslam dünyası: KazanSammit” forumu Kazan şəhərində 13-cü dəfə keçirilir. Təşkilatçılar forumun keçirilməsində əsas məqsədin Rusiya ilə İslam dünyası arasında əməkdaşlığın inkişafı olduğunu bildirirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.