DÜNYA


Tatarıstanda halal məhsullar sənayesi sərgisi keçiriləcək

Moskva, 10 aprel, AZƏRTAC

Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda “Russia Halal Expo” beynəlxalq halal məhsullar sənayesi sərgisi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, sərgi “Rusiya-İslam dünyası: KazanSummit 2019” XI Beynəlxalq İqtisadi Sammiti çərçivəsində aprelin 24-25-də baş tutacaq. Sərgiyə 10 ölkədən 85 iştirakçı qatılacaq.

Sərgidə qida, əczaçılıq, kimya sənayesi məhsulları, turizm və digər sahələri əhatə edən ekspozisiyalar nümayiş olunacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.