İQTİSADİYYAT
Tatarıstanın “Danaflex” şirkəti Azərbaycanda tərəfdaşlar axtarır
Bakı, 26 yanvar, AZƏRTAC
Tatarıstanın elastik qablaşdırma materiallarının istehsalı ilə məşğul olan “Danaflex” şirkətinin nümayəndələri Bakıdadır.
Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, nümayəndəlik şirkət təmsilçilərinin Azərbaycanın iri şirkətlərindəki potensial tərəfdaşlarla görüşlərinin təşkilinə və keçirilməsinə yardım göstərib. “Azersun Holding”, “İse land” şirkətlərində və s. bu cür görüşlər artıq baş tutub.
“Danaflex” şirkətinin nümayəndələri daimi nümayəndəlikdə də olublar. Tatarıstanın Bakıdakı daimi nümayəndəsi Alfred Zakirovla görüşdə Tatarıstan ilə Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin inkişafına dair birgə fəaliyyət məsələləri müzakirə edilib.