DÜNYA


“Taxıl dəhlizi” vasitəsilə Ukraynanın 6 milyon tona yaxın kənd təsərrüfatı məhsulu ixrac edilib

Kiyev, 4 oktyabr, AZƏRTAC

“Taxıl dəhlizi” işə başlayandan bəri Ukraynanın 6 milyon tona yaxın kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 261 gəmi Ukrayna limanlarını tərk edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

"Taxıl dəhlizi"nin həyata keçirilməsi çərçivəsində oktyabrın 3-də Ukrayna ərzaq məhsulları ilə dolu daha 4 gəmi “Odessa” limanını tərk edib.

Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 77,4 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Afrika və Avropa ölkələrinə yola salınıb.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.