REGİONLAR


Taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır

Masallı, 8 fevral, Bağır Əliyev, AZƏRTAC

Bu il Masallı rayonunda 12 min 400 hektarda taxıl əkilib. Havaların qış fəslinə xarakterik olmayan şəkildə quraq keçməsi rayonun taxıl sahələrində siçanabənzər gəmiricilərin əkinlərə ciddi ziyan vurmasına səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masalı Rayon Bitki Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən zərərvericilərə qarşı dərmanlama işlərinə başlanılıb.

Rayonun Qızılağac, Viləş, Həsəni və Çağırlı kəndlərində 1000 hektar ərazidə zərərvericilərin yuvalarına dərman qoyulub.

Hazırda Gərçöl kəndində də taxıl sahələrində müşahidələr aparılır. Aşkar olunan zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri görülür.

İdarənin əməkdaşları gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri barədə fermerlər və fiziki şəxsləri təlimatlandıraraq, kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmasının diqqət mərkəzində saxlanılmasını tövsiyə ediblər. Onlara, həmçinin təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış bukletlər və təlimatlar paylanılıb.

Taxıl sahələrində monitorinq qrupu tərəfindən müşahidələr davam etdirilir. Monitorinqlər martın 15-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.