REGİONLAR


Taxıl zəmilərinin 35,9 faizində biçin başa çatıb

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycanda taxıl sahələrinin 35,9 faizində biçin başa çatıb. İyunun 20-nə olan operativ məlumata görə, biçin başa çatmış 362716,6 hektar sahədən 1126943 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,1 sentner, o cümlədən arpa üzrə 30,3, buğda üzrə 32,9 sentner təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, respublikada arpa sahələrinin 2/3 hissəsində biçin prosesi yekunlaşıb. Ölkə üzrə 369303,7 hektar arpa sahəsindən 258161,1 hektarı biçilib. Sahələrdən 783092,1 ton məhsul yığılıb.

Bu il ölkədə 640 min hektardan artıq sahədə buğda əkini aparılıb. İyunun 20-dək 104555 hektar buğda sahəsi biçilib, sahələrdən 343850,9 ton məhsul yığılıb.

Biçin prosesi davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.