REGİONLAR


Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün modul tipli üç məktəb binası quraşdırılır

Ağcabədi, 4 yanvar, AZƏRTAC

Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində modul tipli üç məktəb binası quraşdırılır. Binaların tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin "Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" 2018-ci il 16 fevral tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağbulaq kənd tam orta məktəb üçün quraşdırılan bina 56, Sonasar və Katos ümumi məktəbləri üçün qurulan binalar isə 40 şagird yerlikdir. Tikinti-quraşdırma işlərinin bu ayın sonunadək başa çatdırılması nəzərdə tutulur. Məktəblər müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək, həyətlərində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq.

Modul tipli məktəb binalarının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun rahatlıqla azaldılıb-artırılmasıdır. Binaların tikintisində əsasən yerli məhsullardan istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.