İDMAN


Tayson Fyuri Deontey Vaylder ilə üçüncü döyüşdən imtina edib

Bakı, 12 oktyabr, AZƏRTAC

Dünya Boks Şurasının (WBC) ağır çəkidə çempionu britaniyalı Tayson Fyuri amerikalı Deontey Vaylder ilə üçüncü döyüşdən imtina edib.

AZƏRTAC “The Athletic” portalına istinadla xəbər verir ki, T.Fyuri bu qərarı təşkilatçıların 2020-ci ildə döyüş tarixini təsdiqləyə bilməməsi səbəbindən verdiyini bildirib: “Dekabrın 19-da döyüşməyə razılaşdım. Sonra yenə də döyüşü təxirə salmağa çalışdılar. Məşq edirəm və tam hazır vəziyyətdəyəm”.

Boksçular əvvəlcə iyulun 18-də görüşməli idilər, lakin koronavirus pandemiyası səbəbindən döyüş dekabrın 19-na təxirə salınmışdı.

Xatırladaq ki, tərəflər arasında 2018-ci ilin dekabrında keçirilən ilk döyüşdə qalib müəyyənləşməyib. Bu il fevralın 22-də ikinci görüşdə isə T.Fyuri rəqibini nokautla məğlub edərək WBC (Dünya Boks Şurası) kəmərinə yiyələnib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.