İDMAN


Tayson Fyuri ilə Deontey Vaylder arasında döyüş bu ilin dekabrında keçirilə bilər

Bakı, 14 sentyabr, AZƏRTAC 

Tayson Fyuri ilə Deontey Vaylder arasında döyüşün bu ilin sonunda baş tutacağı planlaşdırılır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, britaniyalı ilə amerikalı dəri əlcək ustaları arasında 3-cü döyüş dekabrın 19-da keçirilə bilər. WBC versiyası üzrə super ağır çəkidə döyüşün ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində təşkili nəzərdə tutulub. Məlumatda o da vurğulanıb ki, qarşılaşmanı 15 min boks həvəskarı izləyə biləcək.

Qeyd edək ki, tərəflər arasında 2018-ci ilin dekabrında keçirilən ilk döyüşdə qalib müəyyənləşməyib. Bu il fevralın 22-də ikinci görüşdə isə T.Fyuri rəqibini nokautla məğlub edərək WBC (Dünya Boks Şurası) kəmərinə yiyələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.