DÜNYA
Tayvan sahillərində 6,2 bal gücündə zəlzələ olub
Pekin, 9 may, AZƏRTAC
Çinin Tayvan adasının sahillərində 6,2 bal gücündə zəlzələ olub.
AZƏRTAC Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla saat 14:23-də (Bakı vaxtı ilə 10:23) Hualien rayonundan 90 kilometr şərqdə baş verib. Zəlzələnin ocağı yer səthindən 16 kilometr dərinlikdə olub. Yeraltı təkanlar adanın bir çox yaşayış məntəqəsində hiss olunub. Bir dəqiqə sonra təxminən iki kilometr aralıda 5,4 bal gücündə afterşok qeydə alınıb.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]