DÜNYA


Tayvanda 6,3 bal gücündə zəlzələ olub

Pekin, 24 oktyabr, AZƏRTAC

Çinin Tayvan adasında 6,3 bal gücündə zəlzələ olub.

AZƏRTAC Çin Seysmologiya Mərkəzinin məlumatına istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla 13:11-də (Bakı vaxtı ilə 9:11) adanın şərq hissəsindəki Yilan rayonunda qeydə alınıb. Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

Yeraltı təkanların baş verdiyi ərazidə əvvəllər bir neçə dəfə zəlzələ qeydə alınıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.