MƏDƏNİYYƏT


“Tazəbəy hamamı”nın fasadına bərkidilən fiqurlar sökülüb

Bakı, 9 avqust, AZƏRTAC

“Tazəbəy hamamı”nın fasadına qanunsuz müdaxilə faktı araşdırılaraq qarşısı alınıb.

Bu barədə AZƏRTAC-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

“Fasada bərkidilən fiqurlar sökülüb. Dövlət Xidmətinin müraciətinə və qanunvericiliyin abidəyə kənar müdaxilənin yolverilməzliyinə dair tələblərinə abidənin xüsusi mülkiyyətçisi tərəfindən anlayış nümayiş edilib. Xüsusi mülkiyyətçinin etirazı olmadan fiqurların sökülməsi təmin edilib.

Əminik ki, bu hal digər abidə mülkiyyətçilərinə də nümunə olacaq.

Fiqurların fasada bərkidilməsi abidənin ümumi durumuna təhlükə yaratmasa da, qanunla ilkin görünüşünə, eksteryerinə xələl gətirirdi”, - deyə qurumun məlumatında bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.