DÜNYA


Tbilisi meriyası Yeni il şənliklərinə 700 min dollara yaxın vəsait xərcləyəcək

Tbilisi, 11 dekabr, AZƏRTAC

Tbilisi meriyası Yeni ili daha rəngarəng qarşılamaq üçün 1 milyon 996 min lari (təqribən 700 min ABŞ dolları) ayırıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Yeni il tədbirləri bu il dekabrın 25-də paytaxt Tbilisidə əsas meydanda yolkanın işıqlandırılması ilə başlayacaq və 2020-ci il yanvarın 13-dək davam edəcək.

Yeni il şənlikləri əsasən paytaxt Tbilisinin Respublika meydanı və Orbeliani meydanında baş tutacaq.

Bildirilib ki, Yeni il tədbiri üçün paytaxtın Respublika meydanında “Yeni il şəhəri” qurulacaq. Burada müxtəlif tədbirlər və şənliklər, eləcə də yarmarkalar təşkil olunacaq.

Paytaxt Tbilisi ilə yanaşı, region sahibkarları, fermer və fərdi təsərrüfat sahibləri şəhərdə yaradılmış yarmarkalarda məhsullarını satacaqlar.

Milli azlıq nümayəndələri də yarmarkalarda milli geyim, bəzək və mətbəx nümunələrini nümayiş etdirəcək, sata biləcəklər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.