DÜNYA


Tbilisi üzərində hava məkanı müvəqqəti bağlanacaq

Tbilisi, 11 fevral, AZƏRTAC

Gürcüstanda keçiriləcək hərbi təlimlərlə əlaqədar fevralın 15-dən 20-dək hər gün müxtəlif saatlarda Tbilisi üzərində hava məkanı mülki təyyarə və helikopterlər üçün bağlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. Məlumata görə, hava məkanı fevralın 15-də, 17-də və 18-də saat 10:00-dan 11:30-dək və 15:30-dan 17:00-dək, fevralın 16-da və 19-da saat 10:00-dan 11:30-dək və 13:00-dan 14:30-dək, fevralın 20-də isə 10:00-dan 11:30-dək və 14:30-dan 16:00-dək bağlı olacaq.

Bu barədə NOTAM (Notice To AirMen) agentliyinin saytında da məlumat yerləşdirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.