MƏDƏNİYYƏT


Tbilisidə “Azerbaijan.Travel” qonaq mərkəzinin açılması mühüm hadisədir

Tbilisi, 5 oktyabr, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Turizm Bürosunun "Azerbaijan.Travel" qonaq mərkəzinin açılması çox mühüm hadisədir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

F.Nağıyev bildirib ki, “Azerbijan.Travel” qonaq mərkəzi Gürcüstanda Azərbaycanın turizm imkanlarının təbliği və bu ölkənin turizm potensialından istifadə baxımından da önəmli rol oynayacaq.

Onun sözlərinə görə, Gürcüstana il ərzində 6 milyondan çox əcnəbi turist gəlir. Azərbaycana gələn turistlərin 22 faizini Gürcüstan vətəndaşları təşkil edir. “Biz Tbilisidə belə bir mərkəz açmaqla həm Gürcüstan ilə turizm sahəsində əməkdaşlığımızı genişləndirəcəyik, həm də ölkəmizə turist axınını gücləndirəcəyik”, - deyə F.Nağıyev vurğulayıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.