SİYASƏT


Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin birgə təlimləri başlayıb

Tbilisi, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Tbilisidəki Krtsanisi təlim mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə hərbi təlimlər başlayıb.

AZƏRTAC xəbər verir ki, “Eternite” şərti adı altında keçirilən təlimin əsas məqsədi enerji, eləcə də irimiqyaslı infrastruktur layihələrinin mühafizəsinin təşkilidir. Bir həftə davam edəcək təlimlərdə hər üç ölkənin hərbçiləri layihələrin mühafizəsi və təhlükəsizlik tədbirlərinin təşkili ilə bağlı fikir mübadiləsi aparacaq, bu sahədə qabaqcıl təcrübəni öyrənəcəklər.

Təlimin açılışında Gürcüstan, Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri, polkovnik-leytenant Fuad İbrahimov və müavini, mayor Elcan İmamverdiyev iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.