CƏMİYYƏT


Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib

Tbilisi, 9 noyabr, AZƏRTAC

Azərbaycanın Dövlət Bayrağı Günü Tbilisidə də qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə “Azərbaycan bayrağı” adlı fləşmob təşkil edilib.

Tədbir çərçivəsində azərbaycanlı və gürcü uşaqlar muzeyin qarşısında yerləşən parkda Azərbaycan bayrağı və Azərbaycan-Gürcüstan dostluğuna aid rəsmlər çəkiblər.

Üçrəngli bayrağımıza çəkdikləri rəsmlərlə sevgilərini ifadə edən uşaqlar aksiyanın sonunda böyükölçülü Azərbaycan bayrağı dalğalandırıblar.

Fləşmob çərçivəsində muzeyin ətrafında Tbilisi sakinləri və qonaqlara kiçikölçülü Azərbaycan bayraqları paylanılıb.

Muzeyin rəhbəri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva bildirib ki, aksiyanın keçirilməsində məqsəd dünyada yaşayan azərbaycanlıların birlik rəmzi olan Azərbaycan bayrağına sevgi və hörməti nümayiş etdirməkdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.