CƏMİYYƏT


Tbilisidə Beynəlxalq Prokurorlar Assosiasiyasının 27-ci illik konfransı keçirilir

Tbilisi, 26 sentyabr, AZƏRTAC

Tbilisidə Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 27-ci illik konfransı və iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, BPA-nın prezidenti, bu qurumum katibliyinin rəhbərliyi, eləcə də 65 ölkədən nümayəndə heyəti iştirak edir.

Ölkəmiz bu tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də tədbirdə iştirak edir.

Konfrans sentyabrın 29-dək davam edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.