DÜNYA
Tbilisidə “Dünya lider qadınlarının beynəlxalq konfransı” keçirilib
Tbilisi, 17 iyun, AZƏRTAC
Tbilisidə “Dünya lider qadınlarının beynəlxalq konfransı” keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin təşəbbüsü ilə keçirilən tədbirdə ATƏT Parlament Assambleyasının sədri Marqarita Kaderfelt, Polşa Seyminin vitse-spikeri Malqojata Qosevska, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid, ATƏT-in Baş katibi Helqa Şmid, BMT Baş katibinin müavini Amina Məhəmməd iştirak ediblər.
Dünyanın bir sıra ölkələrindən qadın siyasətçilərin iştirak etdiyi konfransda sülh, sabitlik, təhlükəsizlik və münaqişələrin həllində qadınların rolu əsas müzakirə mövzusu olub.
Konfrans iştirakçıları münaqişələrdə qadınlar, qaçqın böhranı, gender bərabərliyi, məişət zorakılığı, mədəniyyətlərin dialoqu, postmünaqişə dövründə, mədəni irsin qorunmasında qadınların rolu və digər mövzularda panel müzakirələr aparıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi