MƏDƏNİYYƏT


Tbilisidə “Era Teatrı”nın yeni ofisinin açılışı olub

Bakı, 5 avqust, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı gənclərin yaratdığı “Era Teatrı”nın yeni ofisinin açılış mərasimi keçirilib. Tədbirdə parlamentin, diplomatik korpusun, azərbaycanlı icmasının, yerli ictimaiyyətin nümayəndələri və “Era Teatrı”nın üzvləri iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, mərasimi giriş nitqi ilə açan teatrın bədii rəhbəri Anar Rafiqoğlu qonaqları paytaxtın mərkəzindəki yeni ofislərində salamlamaqdan məmnun olduğunu bildirib. Bədii rəhbər teatrın keçdiyi yola nəzər salıb, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə daha maraqlı fəaliyyət mərhələsinə qədəm qoyduqlarını vurğulayıb.

Mərasimdə Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Rəhim Rəhimzadə, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri Rafiq Hümmət, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Namiq Hacıyev, publisist-tərcüməçi Cambul Məmmədli, Qaratəhlə orta məktəbinin direktoru Bəhram İsayev və başqaları çıxış ediblər. Natiqlər bu mədəniyyət hadisəsini Gürcüstanda fəaliyyət göstərən Azərbaycan teatrlarının tarixində əlamətdar bir gün kimi qiymətləndirərək, teatrın kollektivinə uğurlar arzulayıblar.

Tədbirin bədii hissəsində gənc aktyor Əli İlqaroğlunun monoloqu alqışlarla qarşılanıb.

Xatırladaq ki, “Era Teatrı”nın həyata keçirdiyi “Aktyorluq, teatr və kino” kursları layihəsi Azərbaycan Diasporuna Dəstək Fondunun köməyilə gerçəkləşdirilib və ofisin fəaliyyəti də həmin layihə çərçivəsində baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.