SİYASƏT


Tbilisidə GUAM-a üzv ölkələrin Xarici İşlər nazirliklərinin konsulluq xidmətləri rəhbərlərinin görüşü keçirilib

Tbilisi, 11 oktyabr, AZƏRTAC

Tbilisi şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-a üzv dövlətlərin Xarici İşlər nazirliklərinin konsulluq xidmətləri rəhbərlərinin növbəti işçi görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanı Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi, səfir Faiq Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Gürcüstanın Xarici İşlər nazirinin birinci müavini Vaxtanq Maxaroblişvili tədbiri açaraq təşkilatın regiondakı rolunu və GUAM çərçivəsində konsulluq məsələləri üzrə davamlı çoxtərəfli danışıqların aparılmasının vacibliyi vurğulayıb.

Məsləhətləşmələr zamanı tərəflər konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, bu sahədə yeni texnologiyaların tətbiqi, qəbul edilmiş milli qanunvericilik aktları mövzularında müzakirələr aparıblar.

Söhbət zamanı yeni sazişlərin imzalanması və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yeni mexanizmlərin yaradılması imkanları nəzərdən keçirilib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.