SİYASƏT


Tbilisidə GUAM çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Tbilisi, 22 oktyabr, AZƏRTAC

Tbilisidə səfərdə olan GUAM təşkilatının baş katibi Altay Əfəndiyev Gürcüstanın Xarici İşlər nazirinin birinci müavini, GUAM üzrə milli əlaqələndirici Vaxtanq Maxaroblişvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə GUAM çərçivəsində siyasi, iqtisadi və parlamentlərarası əməkdaşlıq da daxil olmaqla təşkilatın gündəliyində olan əsas məsələlər müzakirə olunub.

Təşkilatın nəqliyyat və iqtisadi–ticarət potensialının artırılması məqsədilə hazırlanan layihə və təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Görüşdə, həmçinin Ukraynanın 2019-cu ildə GUAM-a sədrliyi dövründə planlaşdırılan tədbirlər də nəzərdən keçirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.