CƏMİYYƏT


Tbilisidə “Gürcüstanda dinlər” adlı fotoalbomun təqdimatı olub

Tbilisi, 7 fevral, AZƏRTAC

Tbilisidə “Gürcüstanda dinlər” adlı fotoalbomun təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin layihəsi əsasında gürcü və ingilis dillərində hazırlanan fotoalbom bu ölkənin etnik, dini-mədəni müxtəlifliyini və cəmiyyətdəki tolerantlığını əks etdirir.

Agentliyin sədri Zaza Vaşakmadze bildirib ki, albomda Gürcüstanda mövcud dini təşkilatlar və icmalar, dini abidələrə dair məlumat və dini liderlər haqqında bioqrafik materiallar əks olunub.

Nəşrdə ölkənin müsəlman icması, din xadimləri və məscidlər barədə məlumat və fotoşəkillər də yer alıb.

Fotoalboma həmçinin Gürcüstanın işğal altında olan ərazilərindəki dini abidələr haqqında da məlumatlar daxil edilib.

Mərasimdə parlament və hökumət üzvləri, beynəlxalq təşkilat və diplomatik korpusun nümayəndələri, habelə dini təşkilatların, Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri və müftiləri də iştirak ediblər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.