Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Tbilisidə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan kapitallı şirkətlərin iştirakı ilə videokonfrans formatında görüş keçirilib

Tbilisi, 10 fevral, AZƏRTAC

Gürcüstandakı səfirliyimizin və Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) birgə təşkilatçılığı ilə AZEBİ idarə heyəti və üzvləri və bu ölkədə fəaliyyət göstərən Azərbaycan kapitallı şirkətlərin iştirakı ilə videokonfrans formatında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Batumidəki baş konsulu Pərviz İsmayılzadə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, AZEBİ idarə heyətinin sədri Nəriman Qurbanov və təşkilatın üzvləri iştirak ediblər. Konfransa həmçinin 70-ə yaxın azərbaycanlı iş adamı qatılıb.

Tədbir çərçivəsində, ASK ilə AZEBİ arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Tədbirdə AZEBİ tərəfindən 2020-ci il üzrə görülmüş işlər barədə hesabat və 2021-ci il üzrə tədbirlər planı, eləcə də təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov çıxış edərək, təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib.

Bildirilib ki, 2009-cu ildə Gürcüstanda təsis edilmiş AZEBİ-nin əsas məqsədi Gürcüstan ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələri gücləndirmək, bu ölkədə yaşayan azərbaycanlıların sahibkarlığını və qarşılıqlı sərmayə layihələrini təşviq etmək, azərbaycanlı iş adamlarının maraqlarını müdafiə etməkdir.

Səfir Faiq Quliyev çıxış edərək, Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlər, həyata keçirilmiş iri infrastruktur layihələri barədə məlumat verib, COVID-19 pandemiyası dövründə ölkələrimiz arasında həmrəylik və əməkdaşlıq əlaqələrindən bəhs edib.

Səfir, ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında əvəzsiz xidmətlərindən danışıb, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Gürcüstan ilə münasibətlərə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusu tərəfindən qazanılan şanlı və tarixi qələbədən sonra regionda əməkdaşlıq üçün yeni imkanların yaranıb. O, 44 gün davam edən Vətən müharibəsi zamanı Gürcüstandakı şirkətlər və soydaşlarımız tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə göstərilən dəstəyin həmrəyliyimizin bariz nümunəsi olduğunu qeyd edib.

Diplomat Azərbaycanın Gürcüstanın ən böyük ticarət tərəfdaşı olmaqla, bu ölkəyə ən çox xarici sərmayə yatıran ölkələrdən biri və Azərbaycan şirkətlərinin Gürcüstanın ən böyük vergi ödəyiciləri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan şirkətləri yatırılan sərmayələr hesabına Gürcüstanda minlərlə iş yerləri yaratmaqla, ölkədə işsizlik probleminin həllində yaxından iştirak edirlər.

Səfir iki ölkənin işgüzar dairələri arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, şirkətlərin iştirakı ilə mütəmadi olaraq biznes forumların təşkilinin vacibliyini, ASK ilə AZEBİ arasında imzalanan əməkdaşlığa dair Anlaşma Memorandumunun bu əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Bundan başqa, Gürcüstanın sosial-iqtisadi sahədə apardığı islahatlar, hökumət tərəfindən həyata keçirilən proqramlar, sərmayə layihələri və tenderlər barədə AZEBİ tərəfindən iş adamları arasında aparılan maarifləndirmə işlərinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanın Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə çıxış edərək, konsulluq dairəsi ərazisində, o cümlədən Acarıstan Muxtar Respublikasında mövcud imkanlar barədə iş adamlarına geniş məlumat verib.

Baş konsul iki ölkə arasında paytaxt şəhərlərlə yanaşı, regionlararası əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə toxunaraq, Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi şəhərlərinin qardaşlaşdığını söyləyib. O, iki il öncə Bakı-Batumi-Bakı birbaşa hava reysinin açılmasının ölkələrimiz arasında işgüzar əlaqələrin genişlənməsinə və qarşılıqlı turist səfərlərinin artmasına töhfə verdiyini vurğulayıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında iki ölkənin biznes assosiasiyaları arasında mütəmadi olaraq görüşlərin keçirilməsinin vacibliyini qeyd edib, bu xüsusda, AZEBİ ilə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətini vurğulayıb.

O, ikitərəfli əməkdaşlıq formatı ilə yanaşı, işgüzar dairələrin iştirakı ilə Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli biznes forumların təşkilinin səmərəli olduğunu qeyd edib.

“SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov çıxış edərək, SOCAR şirkəti tərəfindən Gürcüstanda həyata keçirilən layihələr, o cümlədən pandemiya dövründə yerli fermerlərə dəstək üçün Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə SOCAR arasında imzalanmış “Aqrodizel” proqramı barədə məlumat verib. SOCAR şirkətinin Gürcüstanda ən böyük vergi ödəyicilərdən biri olduğunu, şirkətin Gürcüstanda yaşayan soydaşlarımızın təhsil məsələlərini hər zaman diqqət mərkəzində saxladığını söyləyib.

Tədbir çərçivəsində AZEBİ-nin icraçı direktoru Qaratel Allahverdiyeva təşkilat tərəfindən 2020-ci il ərzində görülən işlər və 2021-ci il üzrə tədbirlər planı barədə təqdimatla çıxış edib.

Görüşdə həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının rəhbəri Elçin Ağayev, “Paşa Bank Gürcüstan”ın idarə heyətinin sədri Arda Arkun, “Qara Dəniz Terminalı”nın rəhbəri Kərim Quliyev, “Aqara” şəkər zavodunun direktoru Alxan Əlizadə, “AS Georgia” şirkətinin rəhbəri Emin Abbasov və başqaları çıxış edərək, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi və AZEBİ-nin fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüblər.

Görüşdə Azərbaycan şirkətlərinin üzləşdiyi problemlər və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, bu fəaliyyətin həyata keçirilməsində AZEBİ-nin rolu xüsusi qeyd edilib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsis edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu), eləcə də, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması ilə bağlı “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs barədə təqdimat olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir