SİYASƏT


Tbilisidə Heydər Əliyevə həsr olunmuş “Gələcəyə aparan yol” adlı fotosərgi açılacaq

Tbilisi, 9 may, AZƏRTAC

Tbilisidə Gürcüstanın Təsviri İncəsənət Muzeyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Gələcəyə aparan yol” adlı fotosərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Gürcüstan Təsviri İncəsənət Muzeyi və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Sərgidə Heydər Əliyevin Gürcüstana, eləcə də Eduard Şevardnadzenin Azərbaycana səfərlərinə, beynəlxalq tədbirlərdə, enerji layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirakına dair 50-yə yaxın foto nümayiş etdiriləcək.

Bundan başqa, sərgidə Eduard Şevardnadze Fondunda saxlanılan və ulu öndər Heydər Əliyev tərəfindən gürcü liderinə hədiyyə olunan şəxsi əşyalar da nümayiş etdirilir. Bu əşyalar E.Şevardnadzenin ailə üzvləri tərəfindən təqdim olunub.

Qeyd edək ki, sərgidə AZƏRTAC-ın fotoarxivindən alınmış 30-a yaxın nadir foto da var.

Sərginin açılış mərasimində Gürcüstan parlamentinin, meriyasının, Xarici İşlər Nazirliyinin rəsmi şəxslərinin, Tbilisidəki diplomatik korpusun rəhbərləri və əməkdaşlarının, Azərbaycanlı iş adamlarının, ziyalıların iştirakı nəzərdə tutulub.

Sərgi mayın 15-dək davam edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.