Tbilisidə KOBİA və AZEBİ-nin iştirakı ilə işgüzar görüş keçirilib
AzerTAg.az
Tbilisi, 26 may, AZƏRTAC
Kiçik vә Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Tbilisidə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, AZEBİ-nin 20-yə yaxın üzvünün iştirak etdiyi işgüzar görüşdə Gürcüstanda fəaliyyət göstərən şirkətlərin fəaliyyətinə, ticarət əlaqələrinin genişləndirilməsi və birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə iş adamlarının qarşılaşdıqları çətinliklərə və onların həlli yollarına dair fikirləri dinlənilib.
Gələcəkdə bu cür görüşlərin davamlı olaraq keçirilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) sıralarında 70-ə yaxın iş adamını birləşdirir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



Xəbərin mətnində orfoqrafik səhv var