CƏMİYYƏT


Tbilisidə Transqafqaz Dermatoloji Beynəlxalq Konqresi keçirilir

Tbilisi, 17 iyun, AZƏRTAC

Tbilisidə Transqafqaz Üçüncü Dermatoloji Beynəlxalq Konqresi keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu dermatovenerologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Sənan Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.

Konfransda dünyada dermatologiya və kosmetologiya sahəsində mövcud olan problemlər, xroniki və allergik dəri xəstəlikləri, dəri xərçəngi, dermatokosmetologiya ilə bağlı və s. məsələlər müzakirə olunur.

Eyni zamanda, tibb sahəsində bu sahələrdə əldə olunan uğurlar ətrafında çıxışlar olub, müzakirələr aparılıb.

Professor Sənan Kərimov konqresdə “Psoriaz və metabolik sindrom” mövzusunda çıxış edib.

Professor Sənan Kərimov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib ki, hazırda psoriaz və metabolik sindrom dünyanı narahat edən problemlərdən biridir. Çünki pasiyentdə dermatoloji xəstəliklərlə yanaşı, bu sindrom da müəyyən edildikdə onun müalicəsi çox çətin olur.

Onun sözlərinə görə, ölkəmizdə bununla bağlı müəyyən işlər görülüb və bu konqresdə də Azərbaycanın təcrübəsi barədə məlumat verilib.

Konqresin işini yüksək qiymətləndirən alim deyib: “Elmi, ümumi tədris və praktiki tədbirlər əsasında keçirilən konqresdə Azərbaycandan bir neçə mütəxəssis iştirak edir. Onlar həm öyrənir, həm də öz bilik və bacarıqları barədə məlumat verirlər. Bu da Azərbaycan alimlərinin, həkimlərinin qazandıqları uğurlar, dünya tibb elminə verdikləri töhfələrin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, konqres çərçivəsində tədbirin təşkil olunduğu salonda kosmetoloqlar üçün də sərgi təşkil olunub.

Gürcüstanda fəaliyyət göstərən Azərbaycanın “Helba” şirkəti də bu sərgidə öz məhsullarını nümayiş etdirir.

Konfrans işini iyunun 18-də yekunlaşdıracaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.