İDMAN


Tbilisidə Ulu Öndərin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir

Tbilisi, 10 may, AZƏRTAC

Gürcüstan paytaxtında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan şahmat turniri keçirilir.

AZƏRTAC xəbər verir ki, yeniyetmə və gənclər arasında təşkil olunan yarış Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və “SOCAR Georgia” şirkətinin dəstəyi ilə təşkil olunub.

Turnirə səfirliyin binasında start verilib. Səfir Faiq Quliyev idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, 32 nəfərin iştirak etdiyi turnirdə iki kateqoriya üzrə ilk üç yeri tutacaq şahmatçılar təltif olunacaqlar.

Oyunlar İsveçrə (10 dəqiqə, əlavəsiz) sistemi ilə keçirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.