İDMAN


Tbilisidə “Zəfər kuboku” minifutbol turniri keçirilir

Tbilisi, 23 oktyabr, AZƏRTAC

Tbilisidə Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ildönümünə həsr olunan “Zəfər kuboku” minifutbol turniri keçirilir.

AZƏRTAC xəbər verir ki, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) təşkilatçılığı ilə keçirilən turnirdə 10 həvəskar komanda iştirak edir.

Oktyabrın 23-də turnirin rəsmi açılış mərasimi olub. Tədbirdə çıxış edən AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov Azərbaycanın Zəfər Gününün əhəmiyyətindən danışıb, bu turniri Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının daha bir nümunəsi adlandırıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov və Türkiyə səfirinin müavini Onur Sevim çıxış edərək turnirin təşkilini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıblar.

Turnirin ilk oyunu Azərbaycanın və Türkiyənin Gürcüstandakı diplomatik nümayəndəliklərinin komandaları arasında keçirilib. Qarşılaşma 2:0 hesabı ilə türkiyəli diplomatların xeyrinə başa çatıb.

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin komandalarının da iştirak edəcəyi yarışın qalibi noyabrın 8-də müəyyənləşəcək.

Yarışların qalibinə “Zəfər kuboku”, finala yüksələn hər iki komandaya medal və sertifikatlar təqdim ediləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.