DÜNYA


Tbilisidə aksiyaçılar parlamentə gedən yollarda qum və daşlarla dolu kisələrdən sədd çəkiblər

Tbilisi, 18 noyabr, AZƏRTAC

Tbilisidə müxalifətin etiraz aksiyası gecə də davam edəcək.

AZƏRTAC xəbər verir ki, əsas qüvvə dağılsa da xeyli insan Rustaveli prospektində və parlamentin binası ətrafında qurulmuş çadırlarda qalıb. Aksiya iştirakçıları Gürcüstan parlamentinə aparan yollarda və ətrafında qum və daşlarla dolu kisələrdən sədd çəkiblər. Müxalifət liderləri də gecə ərzində parlament ətrafında qalacaqlarını bildiriblər.

İnsanlar dəmir çəlləklərdə ocaq qalayıblar, yolda qurulmuş sobalarda yemək qızdırırlar. Onlara yemək və qızdırıcı vasitələr gətirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.