SİYASƏT


Tbilisidə baş verən 9 Aprel hadisələri ilə bağlı fotosərgi açılıb

Bakı, 9 aprel, AZƏRTAC

Tbilisidə baş verən 9 Aprel hadisələri ilə bağlı fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze 9 Aprel və 20 Yanvar hadisələrini böyük faciələr adlandırıb, acılarımızın isə bir olduğunu deyib.

“Gürcülərin böyük faciəsindən 30 il ötür. Ölkəmizin gələcəyi, müstəqilliyi naminə günahsız insanlar həlak olublar. Bu faciə həm də qürur yerimizdir. Baş verən hadisədən iki il keçəndən sonra Gürcüstan müstəqilliyini elan etdi”, - deyə vurğulayan diplomat Azərbaycan ilə Gürcüstanı eyni taleyin birləşdirdiyini bildirib.

Səfir deyib ki, 1990-cı il yanvarın 20-də Sovet İttifaqının totalitar rejimi azadsevər Azərbaycan xalqına divan tutub. “Tbilisiyə nisbətən Bakıda qurbanların sayı daha çox olub. İndi biz onların unudulmaması, xatirəsinin daim yaşaması üçün hər şey etməliyik. Övladlarımız xalqın qəhrəmanlarını tanımalı və yad etməlidirlər", - deyə səfir vurğulayıb.

Milli Məclisin deputatı Əflatun Amaşov isə Azərbaycan və Gürcüstan xalqlarının oxşar mədəniyyətləri, taleləri və faciələri olduğunu deyib. Qeyd edib ki, hər iki ölkənin nümayəndələri bütün tədbirlərdə, beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.