DÜNYA
Tbilisidə bu il Yeni il yolkası quraşdırılmayacaq
Tbilisi, 3 dekabr, AZƏRTAC
Bu il Tbilisidə Yeni il yolkası quraşdırılmayacaq. Bununla bağlı Tbilisi şəhər meriyasının iclasında qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi şəhərinin meri Kaxa Kaladze məlumat verib.
Onun sözlərinə görə, qərar ölkədə, xüsusən də paytaxtda yaranmış epidemioloji vəziyyətlə əlaqədar qəbul edilib.
Mer bildirib ki, hər ilin sonunda Yeni il yolkasının bəzədilməsi və işıqlandırılması üçün təxminən 700 000-800 000 lari vəsait xərclənirdi. Bu il isə həmin vəsait hesabına ən çox ehtiyacı olan ailələrə yardım göstəriləcək.
Ehtiyacı olan ailələrə ərzaq və digər qida məhsulları, eləcə də Yeni il hədiyyələri təqdim olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]