DÜNYA
Tbilisidə çoxmərtəbəli yaşayış binasında partlayış baş verib
Tbilisi, 19 oktyabr, AZƏRTAC
Gürcüstan paytaxtı Tbilisidə, David Quramişvili prospekti 34 ünvanında yerləşən 16 mərtəbəli binada partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində azı 4 nəfər yaralanıb.
Partlayış nəticəsində binanın dördüncü mərtəbəsi çöküb, digər mərtəbələrə ciddi ziyan dəyib, üzbəüz binanın da pəncərələri sınıb.
Xəsarət alanlar dərhal xəstəxanalara çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır. Binanın digər sakinləri təxliyə olunub.
Hadisə yerinə yanğınsöndürmə briqadaları, xilasetmə və tibb xidmətinin əməkdaşları cəlb olunublar.
İlkin məlumatlara görə, qəzaya qaz sızması səbəb olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]