SİYASƏT


Tbilisidə “erməni terroruna yox” şüarı ilə aksiya keçirilib

Tbilisi, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Gürcüstanda Azərbaycan Ordusuna dəstək aksiyası çərçivəsində növbəti tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Tbilisidə, Gürcüstan parlamentinin qarşısında keçirilən aksiyada erməni terroru kəskin pislənilib, “Qarabağ Azərbaycandır?”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Yaşasın Azərbaycan Ordusu!”, “Yaşasın Azərbaycan-Gürcüstan qardaşlığı!” və s. şüarlar səsləndirilib.

“Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov tədbiri açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aksiyada Suxumi Universitetinin professoru, politoloq Quram Marxuliya, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev, əsgər anası Rəhilə Rüstəmova, gənc fəal Kənan Babayev və başqaları çıxış edərək Azərbaycan Ordusunun qələbəsindən danışıb, Azərbaycanın haqq yolunda olması, dünya birliyinin erməni separatçılarının qanlı terror aktlarına qiymət verməyə, separatizmə və terrora yox deməyə çağırıblar.

Əllərində “Erməni terroruna yox deyirik!” plakatları, erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində həlak olan və yaralanan şəxslərin, uşaqların şəkillərini tutan aksiya iştirakçıları koronavirusdan qorunmaq üçün qaydalara da riayət ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.