MƏDƏNİYYƏT


Tbilisidə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

Tbilisi, 18 may, AZƏRTAC

Beynəlxalq Muzeylər Günü Gürcüstanda da geniş qeyd olunub. Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin Rəsm Qalereyasında gənc rəssam Şenay Sadiqin əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, “World mythologies” (Dünya mifologiyaları) adlı sərgidə gənc rəssamın 15 əsəri nümayiş etdirilir.

Sərginin açılışında Azərbaycan, Türkiyə, Qazaxıstan, Macarıstan və Avstriyanın Gürcüstandakı səfirliklərinin, SOCAR-ın, AZEBİ-nin əməkdaşları ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sərgi M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı, Azərbaycan səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə açılıb.

Sərgidə Azərbaycan, Türkiyə, Skandinaviya ölkələri, eləcə də Hindistan mədəniyyətinə dair yağlı boya və rəngkarlıq üslubunda çəkilmiş rəsm əsərləri nümayiş etdirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.