İQTİSADİYYAT


Tbilisidə keçiriləcək II Beynəlxalq Caspian Energy Forumuna rekord sayda iştirakçının qatılacağı gözlənilir

Bakı, 11 noyabr, AZƏRTAC

Noyabrın 14-də Tbilisidə keçiriləcək II Beynəlxalq Caspian Energy Forum–2014 (www.caspianenergyforum.com) investorların böyük marağına səbəb olub. Foruma rekord sayda iştirakçının qatılacağı gözlənilir.

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubundan AZƏRTAC-a bildiriblər ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin də iştirak edəcəyi forum zəngin proqrama malikdir. Caspian Energy Forumunun birinci hissəsi Gürcüstanın, Xəzər-Qara dəniz-Aralıq dənizi regionları ölkələrinin dünya energetika bazarlarına inteqrasiyasına, Gürcüstanın əsas rol oynadığı enerji, nəqliyyat və infrastruktur layihələrinə həsr olunacaq. İkinci hissədə isə iqtisadi sektorun inkişafından və Avropa İttifaqı ilə qarşılıqlı münasibətlərin perspektivlərindən bəhs ediləcək.

Forumdan sonra şirkət rəhbərləri qadınlar arasında beşqat Gürcüstan çempionu və Olimpiya Çempionu Maya Lomineişvili ilə keçiriləcək şahmat seanslarında iştirak etmək imkanı qazanacaqlar.

Sonda isə “Caspian Energy Award” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.