SİYASƏT


Tbilisidə keçiriləcək beynəlxalq forumda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

Tbilisi, 12 may, AZƏRTAC

Mayın 13-də Tbilisidə VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, forumda Qara dəniz və Cənubi Qafqaz bölgələrində həll olunmamış münaqişələr, təhlükəsizliyə təhdidlər, regionda və dünyada baş verən proseslər, “Şərq tərəfdaşlığı” proqramının genişləndirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, ABŞ və Avropa ölkələrindən dövlət və hökumət rəsmiləri, ekspertlər, diplomatlar iştirak edəcəklər.

İki gün davam edəcək tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ayrıca sessiyanın təşkili də nəzərdə tutulub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.