İQTİSADİYYAT


Tbilisidə keçirilən beynəlxalq forumda Azərbaycanın Qafqazdakı rolundan bəhs olunub

Tbilisi, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də Tbilisidə “Qlobal biznes və investisiya Forumu” keçirilib.

AZƏRTAC xəbər verir ki, Cənubi Qafqaz, Avropa və Asiya ölkələrinin işgüzar dairələrinin, dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi forumda dünyada baş verən iqtisadi proseslər, turizm və investisiya mühitinin dəyişkənliyi, yeni meydana gələn meyillər və tendensiyalar barədə məruzələr dinlənilib.

Çıxışlarda Cənubi Qafqaz ölkələrinin Avropa və Asiya arasında iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin artmasındakı rolu, bu bölgənin artıq qlobal biznes mərkəzə çevrilməsi xüsusi qeyd olunub.

Bildirilib ki, Azərbaycanın iştirakı və təşəbbüsü ilə reallaşan qlobal layihələr Avropa və Asiyadan olan iş adamları üçün geniş investisiya imkanları yaradır. Bu layihələr təkcə Cənubi Qafqazın deyil, Avropa və Asiyanın inkişafında mühüm rol oynayır.

Forumda Gürcüstanın regiondakı rolu, investisiya imkanları barədə təqdimatlar olub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.