DÜNYA


Tbilisidə qızılca virusu yayılmağa başlayıb

Tbilisi, 11 yanvar, AZƏRTAC

Gürcüstanda daha bir yoluxucu xəstəlik – qızılca virusu yayılmağa başlayıb. Yanvarın ilk 10 günündə qızılca diaqnozu ilə 60 nəfər xəstəxanaya yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, qızılcaya yoluxmuş xəstələr əsasən 20-40 yaş arasında olanlardır.

Tbilisinin İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Miriana Ezuqbaya bildirib ki, hazırda Tbilisidə qızılcaya yoluxma halları artıb.

“Xəstəxana yalnız qızılca ilə yoluxmuş xəstələri qəbul edir. Qrip virusuna yoluxmuş xəstələr isə başqa şöbələrə yönləndirilir”, - deyə direktor vurğulayıb.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, keçən ilin altı ayı ərzində Gürcüstanda mindən çox qızılca xəstəliyi qeydə alınıb. Bu göstərici ilə Gürcüstan Avropa ölkələri sırasında Serbiya və Ukraynadan sonra üçüncü yerdə dayanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.